22.11.2024, 04:28
AZ EN
26.06.2023, 11:55 265

Ermənistanda sabiq nazirlə bağlı iş üzrə istintaq başa çatıb

XƏBƏRLƏR
  • Ermənistanın sabiq ekologiya naziri Aram Arutyunyana qarşı işin ibtidai istintaqı başa çatıb.

Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, məhkəmə sabiq məmura, onunla əlbir olanlara məxsus onlarla daşınmaz əmlak və bank hesablarına həbs qoyub.

Məlumata əsasən, rüşvət almaqda təqsirləndirilən və hələ 2019-cu ildə axtarışa verilmiş sabiq nazirin məhkəmədə olmaması nəzərə alınaraq, istintaq qiyabi aparılıb.

Hüquq-mühafizə orqanlarından o da əlavə olunub ki, Arutyunyan xüsusilə böyük məbləğdə - 14 milyon dollar məbləğində rüşvət alıb, bunun 5 milyon dollarını leqallaşdırıb, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib və bu, ağır nəticələrə gətirib çıxarıb. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR