22.11.2024, 07:26
AZ EN
08.10.2024, 17:50 217

Paşinyana qarşı mitinqlərin payız dalğası: keşişin özü "devrilir"

XƏBƏRLƏR
  • Erməni kilsəsi və sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan Rusiyadan gələn təlimatlarla hərəkət edirlər.

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Lilit Dallakyan deyib. O, Erməni Apastol Kilsənin Nikol Paşinyan hökumətinə qarşı müxalif mövqeyini hələ də dəyişmədiyini bildirib: “İnanıram ki, onlar hökuməti devirmək cəhdlərinə öz təşəbbüsləri ilə qoşulmayıblar. Pərdə arxasında heç nəyin hamar olmadığını, Paşinyana qarşı yaradılmış hərəkatın arxasında duran qüvvələr bir çox məsələlərdə ziddiyyətlərin olduğunu görürlər. Yəni, həmin hərəkatda əsas söz sahibi olan keçmiş prezidentlər Robert Köçəryanla Serj Sərkisyan arasında fikir ayrılıqları var və hamı bunun fərqindədir. Ona görə də Köçəryanla Sərkisyanın daxil olduğu müxalif hərəkatın kajimiyyəti devirə biləcəyinə, onların bir məqsəd ətrafında birləşdiyinə inanmıram".

Erməni politoloq onu da əlavə edib ki, kilsənin mübarizəni davam etdirdiyini göstərməsi yalnız xarici sponsorlara göstərmək üçündür və Ermənistanın dinamik inkişafına, gələcək perspektivlərinə ciddi dəstək vəd etmir. Lilit Dallakyan bu məsələdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovun da aldadıldığını söyləyib:  "Onlara dəstək verən Mariya Zaxarovaya göstərmək istəyirlər ki, geri çəkilməyiblər”.

Dallakyan deyib ki, keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatı yenidən fəallaşdıran Rusiyadır. Onun fikrincə, bu barədə kilsəyə göstəriş məhz Moskvadan gəlib. Bununla belə, Dallakyan hesab edir ki, qarşıya qoyulan məqsədlərə nail ola bilməyən Qalstanyan həmkarı Mikael Ajapaxyanla əvəzlənəcək: “Düşünürəm ki, Ajapaxyan meydana çıxmaq istəmir, amma ona “çıx” deyiblər. Bəzi dairələr bu hərəkatdakı paylarını artırmaq üçün indi də Ajapaxyanı oynatmağa çalışırlar. Qalstanyan iddia edir ki, onunla arasında heç bir problem yoxdur, amma əminəm ki, var”.

Qalstanyanın ötən həftəsonu İrəvanda keçirdiyi mitinq azsaylı elektoratın iştirakı ilə bitib. Revanşist hərəkat sabah yenidən paytaxtda meydana çıxmağa hazırlaşır.

Xatırladaq ki, bunu bu ilin yazında Paşinyan hökumətinə qarşı etiraz aksiyaları keçirən arxiyepiskop erməni keşiş Baqrat Qalstanyan mitinqlərin payız dalğasına hazırlaşsa da, onun rəhbərlik etdiyi “Vətən Uğrunda” hərəkatda fikir ayrılığı səbəbindən proses dayanıb. Qyamçı keşiş sentyabrın 22-də əsas sponsorları olan Robert Köçəryan və Serj Sərkisyanla görüşdən sonra hərəkatının gələcək fəaliyyəti və təşkilatda dəyişikliklərlə bağlı qərar qəbul olunub. Həmin ərəfədə Baqrat Qalstanyan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşmək cədləri də nəticə verməyib.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR