22.05.2024, 01:40
AZ EN
09.01.2024, 15:53 210

Erməni əsgər zabiti güllələyib

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin hərbi polisinin Basarkeçər şöbəsindən verilən məlumata görə, yanvarın 9-da saat 06.20 radələrində Ermənistanın N saylı hərbi hissəsinin nəzarətində olan sahədəki döyüş mövqeyində avtomat silahdan açılmış atəş nəticəsində aldığı ölümcül yaradan müddətdən artıq hərbi xidmətdə olan zabit ölüb.

Əlavə olunub ki, olayla bağlı əməliyyat-istintaq qrupu yaradılıb və zabiti güllələdiyi ehtimal olan sıravi əsgər saxlanılıb.

Hazırda istintaq araşdırmaları aparılır və sözügedən mövqedəki əsgərlərin dindirilməsi həm də İrəvanda davam etdiriləcək.

N.Qaramanlı

Oxşar xəbərlər