23.12.2024, 05:14
AZ EN
04.07.2024, 16:03 203

İrəvanda həbslər davam edir

XƏBƏRLƏR
  • "Hraparak" yazır ki, üç aydır Ermənistanın ayrı-ayrı nazirliklərində, digər yüksək dövlət qurumlarında milli təhlükəsizlik xidməti tərəfindən qəflətən reydlər, yoxlamalar keçirilir və qanunu pozduqlarına görə həm işdən azad edilənlərin, həm də barəsində həbs qətiimkan tədbiri seçilənlər sayı artır.

Bu günlərdə isə İrəvan bələdiyyəsinin Ərəbgir inzibati rayonunda MTX tərəfindən yoxlama aparılıb. Sözügedən bələdiyyənin mətbuat xidmətindən "Hraparak"a bildirilib ki, yoxlama nəticəsində 8 nəfərin işində ciddi nöqsanlar aşkar edilib. Onların hər biri barədə istintaq baş idarəsi tərəfindən cinayət məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb və istintaq əməliyyat tədbirləri aparılır.

Sonda bildirilir ki, qəfil yoxlamalar davamlı olacaqdır.

Göründüyü kimi, düzlükdən danışmağı adət halına çevirən haylar daim cinayətlə məşğul olmaq mentalitetlərindən əl çəkmək fikrində deyillər.

Nəsib Qaramanlı

Oxşar xəbərlər