15.05.2025, 19:47
AZ EN
19.03.2025, 10:21 307

Hayastan boynuburuq qalıb

XƏBƏRLƏR
  • "Hraparak"ın əməkdaşı Hasmik Babacanyan son vaxtlar həm baş nazir Nikol Paşinyanın, həm də bütün hayların tərəddüd içində vurnuxduğunu dəfələrlə vurğulayıb.

O, belə bir qənaətdədir ki, Azərbaycan dövləti və lideri öz məqsədinə nail olmaq üçün hər vasitəyə, hətta genişmiqyaslı hərbi əməliyyata əl ataraq istəyini alacaq. Hayastan və Nikol Paşinyan isə Qərblə Rusiya arasında var-gəl etməklə qazandığı mütəqilliyini tam itirməmək üçün daha böyük itkilərə razı olacaqdır. Hayların son vaxtlar sərhəddəki təxribatlarının da təşəbbüskarının məhz Nikol olduğunu etiraf edən müxbirin fikrincə, bununla o yeni ərazi itkisinə şərait yaradıb 44 günlük müharibədəki kimi deyəcək ki, Türkiyə  və s. olmasa idi, qalib gələrdik. Bu yöndə aparılan təbliğat isə əhalinin əksəriyyəti tərəfindən ürəkdən olmasa da dəstəklənəcəkdir deyən müəllif baş naziri lağlağı halda "ğraqoğ dığa" (atəş açan oğlan) adlandırıb.

Nəsib

Oxşar xəbərlər