44 günlük müharibədə gəbərən erməni hərbçilərin valideynləri və qohumları bu gün istintaq komitəsinin önündə yenidən aksiya keçirib ötən il sentyabrın 20-dən 21-ə keçən gecə “Yerablur”da növbədə olanlara səhər tezdən baş nazirin gəlişi ilə bağlı ərazidən uzaqlaşdırılması üçün polislər tərəfindən güc tətbiq edənlərin cəzalandırılmasını tələb ediblər. Aksiyaçılara qoşulan tanınmış siyasətçi, 2021-ci ildəki seçkiyəcən Ermənistanın AŞPA-da nümayəndəsi olan və Azərbaycan əleyhinə çıxışları ilə daha da məşhurlaşan Naira Zöhrabyan həm çıxışında, həm də "Hraparak"ın müxbiri Karen Martirosyana verdiyi qısa müsahibəsində Nikol Paşinyanın cinayətkar olduğunu deyib və təhlükəsizlik xidmətinin indiyədək onu həbs etmədiyinə təəccübləndiyini vurğulayıb.
N.Zöhrabyan müsahibəsinin sonunda bu məsələ barədə beynəlxalq təşkilatlara müraciətlər ünvanlandığını da xatırladıb.
N.Qaramanlı