Hərbi ekspert Hayk Nahapetyan "Hraparak"ın müxbiri Hayk Gevorkyanla müsahibəsində deyib ki, insan haqlarının müdafiəsi hər yerdə, o cümlədən hərbi hissələrdə təmin olunmalıdır. Amma "hərbi hissələrdəki durumu açıqlamaq, mətbuata çatdırmaq olmaz", - deyə ekspert bunu hərbi sirrin bir nümunəsi kimi xarakterizə edib. Sonra isə əsgərlərin incidilməsini də inkar etməyib.Onun dediyinə görə, heç bir komandir nizamnamə tələblərinə əməl edən əsgəri incitmir. Bəzi əsgərlər isə nəinki döyüş tapşırığını yerinə yetirmir, hətta adi davranış qaydalarını belə bilmir deyən H.Nahapetyan onu da əlavə edib ki, əvvəlki illərlə müqayisədə indi orduda vətənpərvərlik ruhu aşağı səviyyədədir və göstərilən səylər nəticəsiz qalır. Ombudsmanın hərbi hissələrə baş çəkməsinə də ermənisayağı münasibət bildirən hərbi ekspert deyib ki, hərbi xidmət məhz müvafiq nizamnamə və qanunlarla edildiyinə görə mülki vəzifəli şəxslərin, o cümlədən ombudsmanın bu işə müdaxiləsinə son qoyulmalıdır.
N.Qaramanlı