"Hraparak"ın müxbiri Karen Martirosyanın "Paşinyan izah edir ki, Azərbaycan nə istəyir" başlıqlı məqaləsində yazılıb ki, Paşinyan bu məsələyə yenidən aydınlıq gətirib.
"Azərbaycan davamlı olaraq nə istəyirəmsə, danışıqlar yolu ilə verin deyir. Bəs Azərbaycan nə istəyir? Görürük ki, daim 4 kəndin ərazisi, eyni zamanda özünün işğalı altında olan 31 qeyri-anklav Ermənistan kəndlərinin ərazisindən imtina etməyimiz barədə müntəzəm təkid edir. Belə şəraitdə isə bizim mövqeyimiz qətidir. Biz deyirik ki, gəlin qoşunları indiki mövqeyindən güzgüvarı geri çəkək və sonra iki ölkə arasındakı sərhəd xəttini çəkək. Rəsmi Bakı isə bunu elə təqdim edir ki, Azərbaycan qoşunları Ermənistanın 31 kəndindən heç bir halda geri çəkilməsin", - deyən Paşinyan əlavə edib ki, Ermənistan konkret həll variantlarında yalnız öz mövqeyinə uyğun olanı məqbul sayır.
Bu isə o deməkdir ki, Ermənistan heç vaxt sülh yolu ilə məsələ həll etməyib və indi də etməyəcək. Bu isə bizi yenidən dəmir yumruğu işə salmağa məcbur edir.
N.Qaramanlı