19.10.2024, 06:23
AZ EN
12.06.2023, 10:05 274

Paşinyan məsuliyyətdən qaçmağa çalışır

XƏBƏRLƏR

Politoloq Suren Surenyançı baş nazir Nikol Paşinyanı 44 günlük müharibədəki məğlubiyyətə görə ittiham etməkdə davam edir. "Hraparak"ın bu gün yaydığı xəbərə görə o, FB hesabındakı paylaşımda yazıb ki, "Müdafiə və təhlükəsizlik məsələləri komissiyasının sədri Andranik Koçaryan dəfələrlə Nikol Paşinyanın 44 günlük müharibədəki məğlubiyyətlə bağlı istintaq komissiyasına canlı yayımda ifadə verəcəkdir. "Bunun baş verməməsi üçün hakimiyyətin müxtəlif üsullara əl atdığını bildirən politoloq xüsusi vurğulayır ki, müharibəyə səbəb də Nikolun və komandasının Azərbaycanın ünvanına ölçülüb biçilməmiş ifadələr işlətməsi olub.

Uduzduqdan sonra isə özlərini deyil ordunu və sabiq hakimiyyətləri təqsirləndirən nikolçuların məsuliyyətdən qaçmağa cəhd etdiklərini diqqətə çatdıran politoloq sonda əminliklə bildirib ki, onlar mütləq öz əməllərinə görə, indi istintaq komitəsinin qarşısında olmasa da, bir gün xalqın məhkəməsi önündə cavab verəcəklər.

Nəsib

Oxşar xəbərlər