13.12.2024, 14:42
AZ EN
13.12.2024, 12:00 216

Cəza əvəzinə vəzifə alıb

XƏBƏRLƏR
  • "Hraparak"ın bugünkü sayında bu başlıq altında yayımlanan xəbərdə deyilir ki, hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü, deputat Arsen Torosyanın həm parlamentdən, həm də partiyadan uzaqlaşdırılacağı barədə fikir yaranandan sonra bir çox partiya yoldaşları onunla hətta adi salamlaşmadan imtina edirdi.

Covid-19-a qarşı mübarizə sahəsinə rəhbərlik edən sözügedən şəxsin vəzifəsindən çıxarılması həm də hakim partiyanın mövqeyini bəyənmədiyi ilə əlaqələndirilirdi. Media şirkəti təəccüblə əlavə edib ki, əhali onun məsuliyyətə cəlb ediləcəyini gözləsə də bunun tam əksi olan olayla qarşılaşdı. Belə ki, Srpuhi Qalyan adlı qadın ədliyyə, Arpine Sarqsyan isə daxili işlər naziri təyin edildikdən sonra hər iki qadınla dostluq münasibətində olan Arsen Torosyan yenidən yada düşüb və o, parlamentdəki sağlamlığın mühafizəsi daimi komissiyasının sədri seçilib.

Olayla bağlı müxtəlif fikirlər ifadə olunur. Susanna Sarıbekyan adlı ekspert isə vurğulayıb ki, həbsxanada oturmalı olan adam parlamentdə oturub və belə getsə ölkəyə yalnız  cinayətkarlar rəhbərlik edəcək, nəticədə isə dövlətçiliyə son qoyulacaq.

Nəsib Qaramanlı

Oxşar xəbərlər