21.11.2024, 22:36
AZ EN
14.05.2023, 15:44 240

Türkiyənin vitse-prezidenti: “Hər birimiz seçkilərin nəticəsinə hörmət etməliyik”

XƏBƏRLƏR
  • Türkiyənin vitse-prezidenti Fuat Oktay prezident və parlament seçkilərində iştirak edib.

O, İstanbulda səs verib.

F.Oktay səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib ki, seçicilər səsvermədə fəal iştirak edirlər: “Bu tədbir bir növ demokratiya festivalıdır. Deyilməli olanlar artıq deyilib. İndi qərar xalqındır. Əlbəttə, hər birimiz nəticəyə hörmət edəcəyik”.

Vitse-prezident söyləyib ki, bütün dünya Türkiyədə seçki prosesini diqqətlə izləyir: “Dünyada Türkiyə qədər seçki prosesini şəffaf keçirən başqa ölkə, bəlkə də, yoxdur. Qərbdə seçkilərdə iştirak faizi adətən çox az olur. Bu mənada Türkiyədəki seçkilər həm də nümunədir. Seçkilərin nəticəsinin xeyirli olmasını arzu edirəm”. (Report)

Oxşar xəbərlər