19.10.2024, 23:28
AZ EN
04.09.2024, 09:26 223

Paşinyan məxfi iclas keçirib

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri  Lusine Şahverdiyan bu günkü məqaləsində Ermənistanda təkcə siyasi qarşıdurmanın deyil, həm də iqtisadi monopoliya sahəsində gərginliyin dərinləşməsindən söz açıb.

Yazıb ki, hakimiyyət nümayəndələri "Ermənistan elektrik şəbəkəsinin səhmlərini rusmeyilli iş adamı Samvel Karapetyandan almaq üçün müxtəlif vasitələrdən istifadə etməkdədir. Sözügedən iş adamının və onun şirkətinin  reytinqini aşağı salıb sıradan çıxarılması üçün hətta Abovyan şəhərində futbol yarışı keçirilərkən işıqlar qəflətən söndürülüb, azarkeşlərin narazılığı ilə bağlı isə bildirilib ki, bu şirkət daha əhaliyə xidmət etmək səviyyəsində deyil.

Müəllif daha sonra əlavə edib ki, baş nazir Nikol Paşinyanın sədrliyi ilə hakim partiyanın qapalı iclasında da məhz bu məsələ müzakirə edilib və qərara alınıb ki, Rusiya meylli Samvel Karapetyanın təkcə elektrik şəbəkəsində deyil, digər fəaliyyət sahələrində də analoji addımlar atılsın. Bütün şirkətlər isə müxtəlif yollarla hakimiyyətin və tərəfdarlarının nəzarətinə götürülsün. Sonda vurğulanıb ki, əgər belə davam edərsə, iş adamlarının çoxu öz fəaliyyətini dayandırmağa məcbur olacaqdır.

Nəsib Qaramanlı

Oxşar xəbərlər