21.11.2024, 22:25
AZ EN
05.03.2024, 19:10 190

Makron-Paşinyan “dostluğu”: avantüristləri acı aqibət gözləyir - ŞƏRH

XƏBƏRLƏR
  • Ermənistan dost və müttəfiq seçimində hər zaman yanılıb. Son illər baş verənlər də bunun təsdiqidir. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan təcavüzkar ölkə ümid edirdi ki, bu siyasətini sonsuzluğa qədər davam etdirə biləcək. Amma İrəvanın planları 44 günlük müharibə ilə alt-üst oldu. Əsas himayədarı ondan üz döndərdi və nəticədə biabırçı məğlubiyyətlə üzləşdi. Lakin baş nazir Nikol Paşinyan və hökuməti baş verənlərdən nəticə çıxarmaq əvəzinə, yenə də revanşizm siyasətini davam etdirməkdədir. İrəvan hesab edir ki, min kilometrlərlə uzaqda yerləşən himayədarlarının köməyi ilə vəziyyəti dəyişə bilər. Söhbət Fransa başda olmaqla bir sıra ölkələrin riyakar və qərəzli anti-Azərbaycan siyasətindən gedir.

Maraqlıdır ki, ermənilər arasında bu “dəstəyin” əsl mahiyyətini anlamağa çalışan şəxslər də tapılır. Məsələn, Ermənistanda fəaliyyət göstərən “Demokratik alternativ” Partiyasının sədri Suren Surenyantsın “X” hesabında yazdıqları rəsmi Parisin çirkin və riyakar siyasətinin əsl mahiyyətini ortaya qoyub. O söyləyib ki, Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makronun yaxınlaşmasının kökündə erməni-fransız dostluğu deyil, iki liderin avantürası dayanır: “Ermənistan-Fransa “dostluğu” sadəcə maraqlar üzərində qurulub, müvəqqəti haldır. Nikol Paşinyanın Parisə səfərinin dəfnlər və təkrar basdırılmalardan ibarət olması da təsadüfi deyil”. (Report)

Oxşar xəbərlər