14.03.2025, 09:26
AZ EN
14.02.2025, 08:36 222

Paşinyan təkərin altına uzanırdı

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Hasmik Babacanyanın "2018-ci ildə təkərin altından qopmurdu, indi isə stuldan yapışıb" başlıqlı yazısında Nikol Paşinyanın 2018-ci il aprelin 16-da səhər saat 9:25-də avtobusun altında uzanmasını gördüyünü qələmə alıb.

O, yazır ki, sərnişinlərin gecikdiklərinə görə maaşları kəsiləcəyini deyib yolu açmağı xahiş etsələrdə o, qardaş, mən sizə görə belə edirəm, kimin xoşu gəlmirsə piyada getsin. Sərnişinlər isə onun tərsliyini görüb işə piyada getməyə məcbur olurdusa deyən müxbir Nikolun indi baş nazir stulundan möhkəm yapışdığını yazır. Diqqətə çatdırır ki, son 7 ildə vəziyyət daha da acınacaqlı olub, Nikol Paşinyan xalqa xidmət etdiyini müxtəlif pafoslu ifadələrlə təkrarlasa da yaxşı heç nə görünmür. Dəfələrlə istefası tələb edilsə də  bir vaxt təkərin altından çıxmayıb yolu bağladığı kimi indi də stuldan bərk yapışaraq irəliyə addım atmağa qoymur deyən müxbir belə davam edərsə hayların gününün daha da qara olacağı qənaətinə gəlib.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR