20.04.2025, 02:24
AZ EN
19.01.2024, 11:12 351

Keşişlər hakimiyyətə gəlməyə hazırlaşırlar

XƏBƏRLƏR

ARM News Hour bu gün yenidən xəbər yayıb ki, katalikosun əhaliyə Yeni il təbrikinin iqtidar tərəfindən ekranlara buraxılmaması ilə bağlı son vaxtlar din xadimləri arasında hökumətə qarşı ittihamları daha da artırıb. Yanvarın 17-də isə bir neçə təşkilat keşişlərə dəstək aksiyası keçiriblər. Bildirilib ki, erməni dövlətinin yaranmasında keşişlərin xidməti əvəzedilməzdir. Paşinyan iqtidarının indi hətta bütün ermənilərin katalikosunun tövsiyələrini eşitməməsi narazılıq yaradır. Müəllif daha sonra bir sıra ölkələrdə, o cümlədən İranda din rəhbərinin prezidentdən və baş nazirdən daha yüksək statusda olduğunu nümunə göstərərək Ermənistanda da buna ehtiyac olduğunu bildirib və vurğulayıb ki, keşişlər indi məhz bu istiqamətdə fəallaşıblar.

Nəsib Qaramanlı

Oxşar xəbərlər