01.03.2026, 03:41
AZ EN
25.02.2026, 18:26 111

Papoyan: "Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"

XƏBƏRLƏR
  • Azərbaycan benzini Ermənistan bazarında yüksək tələbata malikdir, o çox sürətlə satılır.

Bu barədə jurnalistlərə iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.

"Azərbaycan benzini (Ermənistanda - red.) çox sürətlə istehlak olunur. Nə qədər çox idxal ediriksə, bir o qədər tez sərf edilir. O (Azərbaycan benzini - red.) bitdikdə, (Ermənistanda - red.) benzin qiymətləri artır", - nazir bildirib.

Azərbaycan Ermənistana neft məhsullarının tədarükünə ötən ilin dekabrında başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, dekabrda Ermənistana 788,8 min ABŞ dolları dəyərində 1 min 210,28 ton "Premium Euro-95" markalı avtomobil benzini tədarük edilib.

Xatırladaq ki, bu gün Azərbaycan Ermənistana 4 500 ton dizel yanacağı göndərib. (Report)

Oxşar xəbərlər