22.01.2026, 09:35
AZ EN
26.11.2025, 12:26 220

Rəsmi İrəvan Türkiyənin “Tramp marşrutu”na cəlb edilməsi məsələsinə münasibət bildirib

XƏBƏRLƏR
  • Rəsmi İrəvan Türkiyə şirkətlərinin “Tramp marşrutu” layihəsinin reallaşdırılmasına cəlb edilməsi məsələsinə münasibət bildirib.

Xarici işlər nazirinin müavini Mnatsakan Safaryan hazırda Ermənistan-Amerika birgə konsorsiumunun yaradılmasının müzakirə olunduğunu, bundan sonra qəbul edilən hər hansı qərarın İrəvan və Vaşinqtonun maraqlarından irəli gəlməli olduğunu qeyd edib.

Diplomat Ermənistan KİV-də Türkiyədən olan şirkətlərin mümkün iştirakı ilə bağlı xəbərlərlə tanış olmadığını bildirib.

“Amma əminəm ki, istənilən məsələni Ermənistan və ABŞ həll etməlidir”, - Safaryan əlavə edib. (APA)

Oxşar xəbərlər