Bu barədə BELTA məlumat yayıb.
"Bu gün erməni həmkarlarımız iclasda iştirak etmədikləri üçün ilk çıxış etmək şərəfinə nail oldum. Bu, regiondakı hazırkı geosiyasi vəziyyəti və müəyyən dərəcədə təşkilatımızı xarakterizə edir", - o bildirib.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT sammitində iştirak etməyəcəyini bildirmişdi. O həmçinin vurğulayıb ki, İrəvan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalır, eləcə də müvafiq hüquq və öhdəliklərini saxlayır. (Report)