Parlament sədrinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq iclaslarda separatçı rejimin əski parçasına bürünmüş vəziyyətdə iştirak edən Levon Koçaryan bu gün iclasdakı tənəffüs zamanı jurnalistlərə deyib ki, hakimiyyət prokurorları, müstəntiqlərə bizim həbsimiz üçün nəsə düşünüb tapmağı tapşırıb və onlara pul verib. Bunlar hüquqi baxımdan absurddur deyən qatil oğlu həbs olunacağını istisna etməyib və deyib ki, artıq saxta sübutlar hazırlanır.
Xatırladaq ki, Robert Koçaryan ötən il başqa partiyadaşını mandatını yerə qoymağa məcbur etmişdi ki,onun əvəzinə siyahıya görə öz oğlu deputat olsun.
N.Qaramanlı