Xüsusilə vurğulanır ki, o, Nikol Paşinyanın və onun ailəsinin hər növ paltarını tikən, kifayət qədər tanınan və gəlirli biznesi olan stilist dizaynerdir. Onu pul qarşılığında heç kəs sözügedən addımı atmağa vadar edə bilməzdi. Ağırlıqqaldırma üzrə birincilik yarışlarının təşkilinə isə böyük vəsait xərclənib. Bu isə Avropadan gələn qonaqları, həmçinin səfirləri təəccübləndirib ki, müharibə vəziyyətində olan bu kasıb və problemli ölkədə belə bahalı açılış mərasimi təşkil olunub. Bildiriblər ki, Ermənistanla müqayisədə çox varlı ölkələrdə belə pulları havaya sovurmurlar, ermənilər başqa vaxtlar şikayətlənirlər ki, pul yoxdur, dövlət borcu durmadan artır, bizdən isə pul istəyirlər.
Bu mövzuda olan başqa bir xəbərdə isə qeyd olunur ki, yandırılan bayrağı Aram şəxsən özü tikib və təşkilat komitəsindən xahiş edibmiş ki, bayrağı özünün də dalğalandırması üçün bir neçə saniyəyə ona versinlər.
Bunun üçün sözügedən komitəyə xeyli vəsait də köçürüb. Açılış mərasimində isə əvvəlcədən razılaşdırıldığı kimi ön cərgədə olub və bayrağı bir neçə addım irəli apardıqdan sonra islam rəmzi olan yaşıl hissəsinə od vurub.
Əməlindən peşman olmadığını dəfələrlə həyasızcasına bildirən Aram Nikolyan, politoloq S.Barseğyanın video çarxda dediyinə görə, bir neçə, o cümlədən İran səfirinin üst geyimlərini də tikən dizaynerdir.
Onun sözlərinə görə, başqa səfirliklər olayla bağlı bu və ya digər şəkildə narazılıq ifadə etsə də İranın İrəvandakı səfirliyi susur. Görünür, ya Nikolyan onların ağzına nəsə atıb, ya da bu çirkin olayın təşəbbüskarı elə özləridir.
N.Qaramanlı