22.11.2024, 04:18
AZ EN
10.09.2024, 12:47 257

Müxalif deputatlar xəstə keşişə ümid bəsləyir

XƏBƏRLƏR
  • Ermənistan parlamentindəki müxalif "hayastan" fraksiyasının üzvü Artur Xaçatryan parlamentin dünənki iclasında müzakirə edilən məsələlərə sırf revanşçı mövqeyi ilə münasibət bildirib.

O, spikerin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində olan çıxışına fikir bildirərkən siyasətçi deyil məhz keşiş Bağratın əlaltısı olduğunu isbatlayıb. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin mətni ilə deyil, küçədə keşiş tərəfindən səslənən fikirlərlə siyasi fəaliyyət göstərməyin vacibliyini bayağı ifadələrlə təbliğ edən koçaryançı revanşistin həm də Ermənistanı uçuruma aparanlardan biri olduğunu iqtidar deputatları da rişxəndlə vurğulayıblar. Alen Simonyan isə deyib ki, koçaryanlar da, sarkisyanlar da erməni xalqına talançılıqdan savayı heç nə göstərə bilməyiblər və onların xəyanətləri nəticəsində yaranmış durumu düzəltmək xeyli zaman tələb edir.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR