“Hraparak” qəzeti xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Hadisə Azərbaycanın Kəlbəcər rayonu istiqamətində baş verib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən ordumuzun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə üç hərbi qulluqçumuz yaralanıb. (Report)