12.03.2025, 11:44
AZ EN
23.08.2023, 10:21 320

İran Ermənistandakı narko şəbəkəsini genişləndirir

XƏBƏRLƏR

"Hraparak"ın bu günkü sayında dərc olunmuş "Ermənistan ərazisində külli miqdarda narkotika daşınmasının qarşısı alınıb" başlıqlı məqalədə göstərilir ki, erməni milli təhlükəsizlik xidmətinin əməkdaşları alınmış məlumat əsasında əməliyyat keçirərək İran İslam Respublikasından qeyri-qanuni yolla ölkəyə gətirilən külli miqdarda narkotik vasitə kuryerlərini həbs edib. Əlavə olunub ki, bu, birinci hal deyil. Təkcə cari ilin əvvəlindən indiyədək 4 dəfə belə əməliyyat keçirilib və İran vətəndaşları ilə birlikdə narkotik alveri edən onlarla erməni aşkar edilib. Narkotiki daha çox gənclər arasında yayan 3 iranlı qadının da həbs edildiyini xatırladan agentlik Ermənistan-İran sərhədindəki nəzarət-buraxılış məntəqələrinin də bu işdə əlinin olduğunu istisna etmir.

N.Qaramanlı

Oxşar xəbərlər