20.09.2024, 08:37
AZ EN
30.01.2024, 15:30 171

Ermənistanın mətbuat xidmətləri dövlətə ziyan vurur

XƏBƏRLƏR

"Hraparak"ın bu günkü yayımında "Mətbuat xidmətləri nə ilə məşğuldur? Niyə bu qədər səmərəsiz işləyirlər?" başlıqlı  məqalə də paylaşılıb. Qeyd olunur ki, xüsusilə indiki dövrdə mətbuat xidmətləri reallıqdan çox uzaqdırlar. Sözügedən sahədən başqa bütün yüksək vəzifəlilərin həm də mətbuat üzrə müşavirləri və köməkçiləri də vardır. Onlar rəsmi məlumatları işləyib hazırlamalı və yaymalıdırlar. Ancaq biabırçı vəziyyət hökm sürür. Belə ki, onlar müstəqil mətbuatın işçilərindən dəfələrlə çox maaş alsalar da, dövlət qayğısı ilə əhatə olunsalar da dövlət, cəmiyyət üçün, demək olar ki, əlavə yük funksiyasını yerinə yetirirlər. Cəmiyyətə ötürdükləri xəbərlər isə bəzən onların həm də savadsız olduqlarını isbatlayır. Buna misal olaraq hökumətin 35 nəfər işçisi olan mətbuat xidmətinin yaydığı xəbərlər bağlı cümləyə də diqqət yetirmək xahiş olunur. Həmin cümlə belədir: "Baş nazir Nikol Paşinyan İran İslam Respublikasının ali rəhbərinin müşaviri Kamal Xəzrinlə görüşüb qəbul etmişdir". "Hraparak"ın müxbiri yazır ki, əgər baş nazir onu qəbul edibsə, deməli görüşüblər. "Görüşüb qəbul etmişdir" ifadəsinin səhv olduğunu vurğulayan müəllif baş nazirin özünün vaxtilə jurnalist, hətta baş redaktor işlədiyini xatırladaraq belə qənaətə gəlir ki, mətbuat xidmətlərindəki ştatları artırmaqda, amma keyfiyyət tələb etməməkdə məhz onun özü maraqlıdır.

Məqsəd isə bütün sahələr kimi mətbuat xidmətini də sıradan çıxarmaqdır deyən müəllif hakimiyyəti yenidən kəskin tənqid edib.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR