- "Hraparak" xəbər verir ki, bu gün Ermənistan hökuməti baş nazir Nikol Paşinyanın sədrliyi ilə növbəti, amma məxfi iclas keçirir. Agentliyin əldə etdiyi məlumata görə, iclasda iki məxfi məsələ müzakirə edilib qərar qəbul olunduqdan sonra Ermənistan respublikası və Asiya İnkişaf Bankı arasında “İrəvan şəhərinin inkişafına sərmayə qoyuluşu barədə layihə”, həmçinin digər iqtisadi, sosial məzmunlu məsələlər müzakirəyə çıxarılacaq və müzakirələrə mətbuat işçiləri də dəvətlidir.
Agentlik sonda əlavə edib ki, qapalı iclasda hansı məxfi məsələnin müzakirə olunacağını hökumətin mətbuat xidməti də bilmir.
Nəsib