19.03.2025, 02:47
AZ EN
21.02.2023, 17:30 374

Xankəndidə ikitirəlik dərinləşir

XƏBƏRLƏR
  • "Hraparak"ın fevralın 21-də yaydığı xəbərlər sırasında diqqət çəkən materiallardan biri də məhz Xankəndidəki separatçı rejimin rəhbərliyi ilə bağlıdır. "Əliyevin Ruben Vartanyan barədə çıxışı "arsaxda" iki qütb yaradıb" başlıqlı məqalədə "Vətəndaş müqaviləsi"ndən sabiq deputat Sofya Hovsepyanın fikirləri paylaşılıb.

Qarabağdakı haylar arasında iki qütbün birinə separatçıların yerli nümayəndəsi Araik Harutyunyan, digərinə isə kriminal iş adamı Ruben Vartanyanın başçılıq etdiyinə diqqət çəkən sabiq deputat Azərbaycan Prezidentinin xəbərdarlığından sonra tərəflər arasında qarşılıqlı ittihamların daha da sürətləndiyinin heç kəsə sirr olmadığını bildirir və vurğulayır ki, bu, hayların tam iflası ilə nəticələnəcək. Müəllif Hayko Aloyan xatırladır ki, Sofya Hovsepyan hələ bir neçə həftə öncə siyasi təhlili məqaləsində tərəflərdən birini güzəştə getməyə çağırsa da heç bir faydası olmayıb və qarşılıqlı anlaşma barədə söhbətə belə maraq göstərilməyib. Rubenin Qarabağda doğulmaması isə yerli haylara əlavə stimul verib. Onlar Azərbaycan Prezidentinin çıxışından sonra isə Ruben Vartanyanın tutduğu "postu" və Qarabağı tez tərk etməsinə əlavə vasitələr də cəlb ediblər. Bundan bəhrələnən Araik Harutyunyan isə yaxın ətrafına bildirib ki, 2-3 gündən sonra Moskva desantı və İranla biznes ortağı olan Rubenin istefa ərizəsinə imza atmaqla onu Xankəndidən İrəvana  həmişəlik yola salacaq.

N.Qaramanlı

Oxşar xəbərlər