30.06.2025, 23:24
AZ EN
22.07.2024, 11:12 376

Paşinyan Bakıya gələcəkmi?

XƏBƏRLƏR
  • Politoloq Suren Surenyan Paşinyanın noyabrda Bakıda keçiriləcək COP29 zirvə toplantısında iştirakının mümkünlüyünü bildirib.

O, deyib ki, bunun üçün şərtlər irəli sürülməlidir. Daha sonra isə Prezidentin köməkçisi Hikmət Hacıyevin çıxışından nümunə gətirərək deyib ki, Azərbaycanın tələbinə görə Ermənistan konstitusiyada dəyişikliklər etdikdən sonra sülh sazişi imzalanmalıdır. S.Surenyan sonda bildirib ki, rəsmi Bakı zirvə toplantısında iştirak üçün baş nazir Nikol Paşinyanı da dəvət edib. Paşinyan isə  dəvətlə bağlı öz şərtini irəli sürməli və Bakıdan qayıdarkən istintaq təcridxanasında olan hayları özü ilə gətirməlidir.

Burada bir məşhur ifadə yada düşür: heç hənanın yeridir?

Axı, iqlimlə bağlı beynəlxalq zirvə toplantısı ilə terrorçuluq, separatçılıq arasında nə bağlantı ola bilər ki?

Görünür, haylar bu adi gerçəkliyi də başa düşmək iqtidarında deyillər.

Nəsib Qaramanlı

Oxşar xəbərlər