25.12.2024, 17:12
AZ EN
06.04.2024, 12:16 214

Paşinyan və komandası təriflənib

XƏBƏRLƏR
  • Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinion Ermənistanın İctimai televiziyasına müsahibəsində baş nazir Nikol Paşinyanın və onun komandasını ünvanına xoş sözlər deyib və əminliklə vurğulayıb ki, ölkənin iqtisadi diversiçiyalaşma məsələsində Fransanın dəstəyi daimi olacaq.

O, əlavə edib ki, hazırda Ermənistanın su ilə təminatında Fransanın "Veoliya suyu" cəmiyyətinin İrəvandakı filialının böyük əməyi var. Son on ildə heç bir ölkə özünün ticarət dövriyyəsini 10 dəfə artırmağa nail ola bilməyib. Amma guya, Ermənistan korrupsiyaya qarşı səmərəli siyasət yeritdiyinə görə buna nail ola bilib deyən səfir Qərbin bölgəyə marağının getdikcə artdığını da açıqlayıb.

Jurnalistin "Bəs rusları kim əvəz edə bilər?" sulına cavab olaraq isə sətiraltı, necə deyərlər, diplomatik tərzdə həmin ölkənin Fransa olacağını açıqlayıb və iki bacı arasında 2023-cü il dekabrın 25-də bunu təmin edə biləcək sənəd imzalandığını xatırladıb.

"Hraparak" telekanalının aparıcısı Hayka Aloyan sonda diqqətə çatdırıb ki, fransız səfirin N.Paşinyanın komandasının fəaliyyətindən razılıq etməsi müxalifətin narazılığına səbəb olub.

Bəs, Fransa Rusiyanı əvəz edə biləcəkmi? El təbirincə desək, yəqin ki, hayların daşları elə öz başlarına düşəcək və ordumuzun dəmir yumruğuna ehtiyac qalmayacaq.

Nəsib Qaramanlı

Oxşar xəbərlər