21.11.2024, 23:06
AZ EN
30.08.2024, 09:53 286

Kirənclilər səfirləri fitə basıblar

XƏBƏRLƏR
  • Ermənistan mətbuatına istinadən dünən xəbər vermişdik ki, avqustun 26-28-də Dilicanda ölkələrdə səfirlik edən ermənilərin ənənəvi illik toplantısı olub.

Toplantıda iştirak edən baş nazir Nikol Paşinyanın onların işindən narazılıq etməsi ilə yanaşı həm də üzlərinə birbaşa "sanki alaq otlarısınız" deyə bəzi kobud  ifadələr işlətməsi də hay mətbuatının geniş müzakirə mövzusuna çevrilib.

Tədbirdən sonra təşkil olunan ziyafətə deyil, Azərbaycanın-Ermənistan sərhəddində yerləşən Kirənc kəndinə xəbərdarlıqsız gedən bir qrup səfirin kənddəki haylar tərəfindən narazılıqla qarşılanması da mətbuatın  mövzuları sırasına daxil olub. Qeyd olunub ki, "xaricdə oturub kef çəkirsiniz, biz isə düşmən gülləsinin hədəfi altında ömür çürüdürük" - deyə bir erməni qadın onların nahaq yerə gəldiyini dedikdən sonra digər sakinlər də deyilənləri dəstəkləyiblər.

Bu xəbəri paylaşan "Hraparak" əlavə edib ki, səfirlərin yanında olan erməni zabitlər və xarici işlər naziri Ararat Mirzoyan əhalinin daha da qəzəblənəcəyindən ehtiyat edərək ərazini tərk ediblər.

Nəsib Qaramanlı

Oxşar xəbərlər