Həmin müsahibədə səsləndirilən fikirlər erməni mətbuatında gündəmə çevrilib. Müxalif siyasətçi Tiqran Abrahamyanın müsahibəyə münasibəti isə digərlərindən fərqlənir. Müdafiə nazirinin orduda attestasiya keçirildikdən sonra bir sıra vəzifələrə məhz yüksək bal toplamış zabitlərin təyin edilməsi ilə fikirlərinə münasibət göstərən T.Abrahamyan deyib ki, hərbçi kadrların bilik və bacarığına görə vəzifəyə təyinatı indi deyil, çoxdan həyata keçirilməli idi. Zabitlərin hazırlanmasında nöqsanların indi də davam etdiyini vurğulayan T.Abrahamyan orduya və silahlar əldə edilməsinə birinci dərəcəli məsələ kimi baxılmasının vacibliyini də önə çəkib. Deyib ki, keyfiyyətli silahla yanaşı həm də psixoloji hazırlığa, cəsarətli olmağa ciddi fikir verilməlidir. Ümumiyyətlə isə o, revanşçı olduğunu yenidən açıqlayaraq nə vaxtsa yenidən müharibə olacağını vurğulayır. Bu, əlbəttə, bir ravanşçının xəyal məhsuludur. Həqiqət isə belədir ki, ermənilər, şair Yeğişe Çarenç dediyi kimi anadan qorxaq və talesiz doğulurlar. Qorxaqlar isə heç vaxt qələbə çala bilmir.
N.Qaramanlı