Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Prokurorluğun həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti rədd etdiyi bildirilib.
Qeyd edək ki, Ermənistanın İsraildəki sabiq səfiri Armen Smbatyan və oğlu Sergey Smbatyan iyulun 29-da saxlanılıb. Armen Smbatyan və oğlu dələduzluqda şübhəli sayılır. Onların qanunsuz əməlləri nəticəsində dövlətə 966 milyon dram (təxminən 2.5 milyon dollar) məbləğində ziyan dəydiyi güman edilir. (APA)