Paşinyan üçün məxfi almazlar: Rusiyanın qiymətli daşları oğurlanaraq Ermənistana aparılıb
XƏBƏRLƏR
Rusiyanın Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi cinayət sxemini üzə çıxarıb. Məlum olub ki, “Alrosa” şirkətində hasil edilən Rusiya almazları qanunsuz olaraq Ermənistana, birbaşa deputat-oliqarx Xaçatur Sukiasyan üçün daşınıb.
"NEWS.ru" Rusiyadan almaz qaçaqmalçılığı ilə bağlı həqiqi fiqurun kim olduğu barədə geniş material hazırlayıb.
Qara keçmişə malik olan bu deputat Ermənistanın baş naziri Nikol Paşinyanın köhnə dostu və onun "pul kisəsi" hesab olunur. (Report)