19.11.2025, 20:04
AZ EN
28.10.2025, 17:52 129

Xandanyan: ""TRIPP yolu" regionun təhlükəsizlik təminatıdır"

XƏBƏRLƏR
  • "Artıq Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub. Rəsmi Bakının trazit yollarına məhdidiyyəti aradan qaldırması sülh və qarşılıqlı anlaşmanın nəticələrindən biri kimi ortadadır".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın hakim  “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Sərkis Xandanyan deyib. O, qeyd edib ki, Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün dayanıqlığını və davamlılığını təmin etmək üçün hər şey edilməlidir: "Çünki bu istiqamətdə daha təsirli addımların atılması, digər istiqamətlər üzrə münasibətlərin normallaşması üçün hələ də çoxsaylı həll olunmamış məsələlər qalır".

Xandanyan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP" adlandırılan Zəngəzur dəhlizi layihəsinin perspektivlərindən də danışıb. Onun fikrincə, kommunikasiyaların açılması və TRIPP proqramının həyata keçirilməsi təkcə Ermənistanı deyil, həm də Mərkəzi Asiyanı Avropa İttifaqına daha da yaxınlaşdıracaq: ""TRIPP yolu" layihəsi regionda təhlükəsizliyin dəyərli təminatıdır".

Erməni deputat özünü Bakı ilə İrəvan arasında normallaşma prosesinin davam etdiyi bir zamanda vasitəçilik iddialarına söykənərək özünü ortaya atmağa çalışan Rusiyaya da xəbərdarlıq edib.

“Rusiyaya imkan verməyəcəyik ki, bizə Ermənistanı necə xilas etməli olduğumuzu göstərin. Bizim kifayət qədər xilaskarlarımız var, erməni xalqının Ermənistanın hüdudlarından kənarda xilaskara ehtiyacı yoxdur. Ermənistanda da Moldovada olduğu kimi, seçkilərdən əvvəl hibrid hücumlar müşahidə olunur. Amma bunlar faydasızdır,  Rusiyanın yenidən vasitəçilik iddiaları ilə prosesləri pozmasına imkan verməyəcəyik" - deyə Ermənistandakı hakim partiyanın deputatı əlavə edib.

Elxan SALAHOV

Oxşar xəbərlər