- Hazırda üzvlərinin sayı yüz nəfərdən artıq olmayan "Yaşamalı ölkə" deyilən partiyanın sədri Mane Tandilyanın bu gün "Hraparak"da yayılmış "Paşinyan Bakıda həbsdə olanlardan başqa hərşeyə danışır" başlıqlı açıqlamasında bildirib ki, "arsaxın" hərbi-siyasi rəhbərləri artıq 6 aya yaxındır Bakıda həbsxanadadır. Bu müddət ərzində Nikol Paşinyan nə Azərbaycan prezidenti İlham Əliyevlə, nə beynəlxalq tədbirlərdə, nə də başqaları ilə görüşdə bir dəfə də olsun onlardan danışmayıb. Halbuki Nikol hər şeydən uzun-uzadı, izah edə-edə danışır.
Mane daha sonra yazıb ki, Bakıda həbsdə olanlar barədə, onların fəaliyyəti barədə Ermənistanda müxtəlif fikirlər səslənir. Amma heç kəs təkidlə demir ki, onlar Ermənistan vətəndaşlarıdır və Ermənistana verilməlidirlər.
Göründüyü kimi, Mane də beynəlxalq hüququn adi qaydalarını belə hələ də dərk edə bilməyib. Belə olmasa idi, Basarkeçərdə yaşayan kartof satan erməni kimi danışmazdı.
N.Qaramanlı