20.09.2024, 10:45
AZ EN
06.09.2023, 22:33 285

Rusiya XİN rəsmisi Ermənistanın mümkün NATO üzvlüyü barədə: “Böyük fantaziyalardır”

XƏBƏRLƏR
  • Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nun genişlənməsi üzrə Avropa komitəsinin sədri Günter Felingerin Ermənistanı alyansa qoşulmasına çağırış edən bəyanatına cavab verərək bunu “böyük fantaziya” adlandırıb.

Bu barədə diplomat TASS-a danışıb.

“Bu, böyük fantaziyalardır. Ermənistan KTMT-nin üzvüdür və biz bu reallığa əsaslanırıq”, - o qeyd edib.

Qruşko vurğulayıb ki, Moskva və İrəvan “hərbi və siyasi əməkdaşlığı gücləndirməkdə davam edəcəklər”:

“Bu bizim müttəfiqimizdir və təhlükəsizlik sahəsində bir-birimizə güvənirik. Əminəm ki, bu konstanta bizim ikitərəfli münasibətlərimizdə gələcək illərboyu müəyyənedici olacaq”.

Xatırladaq ki, sentyabrın 4-də Günter Felinger eksdə Ermənistanın NATO-ya qoşulmalı olduğunu bildirib.(Report)

Oxşar xəbərlər