"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Ermənistanın Kotayk və Geğarkunik mərzlərində hakim "Vətəndaş sazişi" partiyasının partiyadaxili kampaniyası çərçivəsində vətəndaşlarla görüşlər davam edir. Həmin görüşlərdən birində Baş nazir Paşinyana yaxınlaşaraq onunla görüşəb və əlini tutub saxlayan sakinin açıq davranışları ətrafdakıların marağına səbəb olub.
"Mən Qarabağdanam, həyatımda sizin kimi birini görməmişəm, çox yaxşı rəhbərlik edirsiniz, bu insanları məyus etməyin, Allah sizə can sağlığı versin ki, xidmət etməyə və işləməyə davam edə biləsiniz", - deyə yaşlı kişi qeyd edib.
O, Paşinyanın əlini buraxmadan həm özünün, həm də yaşadığı ərazinin problemi barədə Baş nazirə məlumat verib. Nikol Paşinyan sosial işlər və insan hüquqları naziri Arsen Torosyana vətəndaşı dinləməyi və probleminin həlli yolunu göstərməyi tapşırıb.
Qarabağdan köçmüş erməninin Paşinyanla söhbəti və ona təriflər yağdırması Ermənistan mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Elxan SALAHOV