Bunu Ermənistan Şurası Analitik Mərkəzinin prezidenti və "Sülh körpüsü" təşəbbüsünün əlaqələndiricisi Areq Koçinyan 2026-cı il aprelin 10-12-si Azərbaycanın Qəbələ şəhərində sözügedən təşəbbüs çərçivəsində keçirilmiş dördüncü görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
"Belə səfərlərin keçirilməsi üçün bir əsas səbəb var - onlar Ermənistan və Azərbaycan cəmiyyətləri arasında sülhün bərqərar olmasına kömək edir", - o qeyd edib.
Koçinyanın sözlərinə görə, "Sülh körpüsü" təşəbbüsü çərçivəsində artıq dördüncü görüşün keçirilməsi və dialoqun davam etdirilməsi barədə razılaşma mühüm nailiyyətdir.
O vurğulayıb ki, "Sülh körpüsü" təşəbbüsü yeni yanaşmaların inkişaf etdirilməsinə və iki ölkə cəmiyyətləri arasında sülh gündəliyinin irəli sürülməsi üçün əlavə imkanların formalaşdırılmasına yönəlib. (Report)