14.04.2026, 00:30
AZ EN
13.04.2026, 13:59 199

Qarabağ və Şərqi Zəngəzurda 2 mindən çox ev və ictimai binada günəş panelləri qurulub

XƏBƏRLƏR
  • Qarabağ və Şərqi Zəngəzurda 2 000-dən çox ev və ictimai bina damüstü günəş panelləri qurulub.

Bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, həmin günəş panellərinin gücü 7 000 kVt/saat-dan çoxdur.

"Müasir şəhərsalmanın əsas elementlərindən olan damüstü günəş panelləri Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsində mühüm rol oynayır. Bu yanaşma həm enerji səmərəliliyini artırır, həm də bu bölgələrin daha da dayanıqlı və ekoloji cəhətdən təmiz inkişafına töhfə verir", - məlumatda qeyd olunub. (Report)

Oxşar xəbərlər