21.11.2024, 23:02
AZ EN
11.05.2023, 12:31 203

Zakir Quliyev: Xaçınçay, Köndələnçay su anbarının yenidənqurulması davam etdirilir

XƏBƏRLƏR
  • İşğaldan azad olunan ərazilərdə Xaçınçay, Köndələnçay su anbarının və magistral kanalının təmir-bərpası, Tərtərçay Sol Sahil kanalının yenidənqurulması və digər bu kimi işlər uğurla davam etdirilir.

Bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev “Azərbaycanın su təsərrüfatı sektorunun inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda elmi-praktik konfransda deyib.

O bildirilib k, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazilərində meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası, eləcə də Qız qalası su anbarından su götürən magistral kanalın tikintisinin, sututumu 90,8 milyon kubmetr olan Həkəriçay və Qubadlı rayonu ərazisində yerləşən sututumu 67 milyon kubmetr olan Bərgüşadçay su anbarlarının texniki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması, Qubadlı və Zəngilan rayonlarının 12 min hektara yaxın əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün sututumu 26,7 milyon kubmetr olan Zabuxçay su anbarının və magistral boru kəmərlərinin layihələndirilməsi və tikintisi işlərinin aparılmasına başlanılıb.

Onun sözlərinə görə, cari ildə Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonları üzrə meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası ilə əlaqədar texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılacaq.

Sədr müavini vurğulayıb ki, digər tədbirlərin həyata keçirilməsi su ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin içməli suya olan tələbatının ödənilməsinə, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına geniş imkanlar yaradacaq. (AZƏRTAC)

Oxşar xəbərlər