İlham Məmmədov deyir: “Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olunub. Allah Prezidentimizə can sağlığı versin. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allahdan şəfa diləyirəm. 2025-ci ildə Zəngilan rayonunda tikilən evlərdən bizə də verilib. Həmin il noyabrın 24-də ailəmlə doğma torpağımıza köçmüşəm. İki övladım burada məktəbə gedir. Hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Zəngilan Su Meliorasiya Sistemləri İctimai İdarəsində təmirçi-çilingər işləyirəm. Bu işdə mənə Dövlət Məşğulluq Agentliyi kömək edib. Artıq bir neçə aydır ki, burada çalışıram. Biz qrup halında qəzaları aradan qaldırırıq. Əhalinin içməli su ehtiyatı ilə təmin olunmasında fasiləsiz olaraq xidmət göstəririk”.
Hazırladı: Mina RƏŞİD