17.12.2025, 15:57
AZ EN
17.12.2025, 13:46 24

Zəngilanda inşaat qalıqlarından istifadə edilməklə istirahət məkanı yaradılıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Zəngilanın Ağalı və Məmmədbəyli kəndlərinin yaxınlığında, Həkəri çayı sahilində “Həkəri səfası” adlı istirahət məkanı yaradılıb.

Kəndlərin inşasında istifadə edilən tikinti materiallarının qalıqları ilə yaradılan bu məkanda gediş-gəliş və təbiət qoynunda gəzinti üçün cığırlar, məhəccərlər, söhbətgahlar quraşdırılıb.

Kəndlərin ərazisində müasir istirahət parkları olsa da, “Həkəri səfası” təbiət qoynunda piknik ərazisi kimi ərsəyə gətirilib.

Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri ilə bərabər, bu ərazilərə üz tutan qonaqlar, turistlər də Həkəri səfasının gözəlliyi ilə tanış ola bilirlər. (AZƏRTAC)

Oxşar xəbərlər