Məlumatı Ermənistan KİV-i yayıb.
Məhkəmə iclası qapalı keçirilir.
Bildirilib ki, Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif “Ermənistan” fraksiyasının başçısı Seyran Ohanyan və daha 11 nəfər barəsində cinayət işinin ibtidai istintaqı aprelin 11-də yekunlaşıb.
Xatırladaq ki, S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.
Bir müddət əvvəl Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib ki, S.Ohanyan 2005 və 2009-cu illərdə Ararat vilayətində hərbi hissənin ərazisinin qanunsuz satılması ilə bağlı iki dəfə əmr verib. Torpağın bir hissəsi 3-cü ordu korpusunun keçmiş komandanı Qriqori Xaçaturova satılaraq Edqar Arşakyanın adına sənədləşdirilib. İkinci hissə isə 2009-cu ildə Norayru Karapetyana satılıb.
S.Ohanyan külli miqdarda dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, israfçılıq yolu ilə xüsusilə külli miqdarda əmlak mənimsəməkdə ittiham olunur.
Xatırladaq ki, fevralın 8-də Ermənistan parlamenti S.Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verib.
S.Ohanyan Rusiyanın 366-cı motoatıcı alayının tərkibində Xocalı soyqırımının törədilməsində iştirak edib. (Report)