19.10.2024, 16:25
AZ EN
07.01.2024, 08:47 301

Ermənilər dini siyasiləşdiriblər

XƏBƏRLƏR
  • "Hraparak" xəbər yayıb ki, yanvarın 6-da baş nazir Nikol Paşinyan bütün ermənilərin katalikosu 2-ci Qareginə ünvanladığı məktubda onu İsanın mövludu münasibəti ilə təbrik edib və hamıya firəvan həyat arzulayıb.

Olaya münasibət bildirən jurnalist Serop Marukyan isə vurğulayıb ki, erməni apostol kilsəsi daim xalqın mənafeyini ifadə edib və erməni icmalarının bir məqsəd uğrunda birləşib dövlət qurmalarında müstəsna rol oynayıb.

Son üç ildə isə xalqı Qarabağdakı olaylar nəticəsində yaranmış çətinliklərə sinə gəlməyə, yeri gələrsə müharibədə iştiraka səsləyib. Ölkədəki siyasi böhranın da məhz din vasitəsilə aradan qalxacağına ümid bəsləyən müəllif belə bir sərsəm fikir irəli sürür ki, İranda olduğu kimi Ermənistanda da din rəhbər statusuna görə prezident və baş nazirdən yüksəkdə olmalıdır. Özünün reallıqla, müasir siyasi durumla bir araya sığmayan fikirlərinin həm politoloqlar, həm də cəmiyyət tərəfindən dəstəkləyəcəyini iddia edən erməni jurnalist sonda vurğulayıb ki, bunun üçün oturub danışmaq və bir-birini anlamaq lazımdır.

N.Qaramanlı

Oxşar xəbərlər