22.11.2024, 09:54
AZ EN
08.01.2024, 15:32 266

Ermənilər cari ilin dövlət büdcəsindən narazıdırlar

XƏBƏRLƏR
  • Ötən ilin dekabrında bir neçə gün davam edən müzakirədən sonra təsdiqlənən dövlət büdcəsi barədə söz-söhbət Yeni ilin ilk günlərindən yeni formada davam edir.

Parlamentin "Hayastan" fraksiyasının üzvü, daşnak Tatevos  Averisyan deyib ki, rəhbərdən başqa heç kəs işləmir. Halbuki onları məhz öz rəhbərləri, yəni N.Paşinyan təyin edib. Vəzifədə olmaq şəxsi, yaxud partiya mənafeyinə xidmət etmək demək deyil, əksinə cəmiyyətə xidmət edilməlidir ki, xüsusilə indiki böhranlı vəziyyətdən çıxış yolu tapılsın deyən müxalif deputat Qarabağdan könüllü köçən ermənilərin də problemlərinin həlli üçün kifayət qədər vəsait olmadığını vurğulayıb. Bildirib ki, "ölkədə sərhədsiz populizm və şəxsi kreslonun qorunması üçün cəfakeşlik edilir". Dövlət büdcəsi düzgün xərclənilmir, ötən il  müxtəlif sahələr üçün ayrılmış vəsaitin uzaqbaşı 79 faizi xərclənib, qalan vəsaitin hara və nəyə xərcləndiyi isə heç deputatlara da məlum deyil. "2024-cü il üçün dövlət büdcəsinin kapital xərcləri kağız üzərində 30 faiz artırılıb və 700 milyard dram olub", - deyə o, büdcəyə yenidən baxılmasını, vəsaitin  qənaət edilmədən yalnız öz təyinatı üzrə xərclənməsini tələb edib.

Bu xəbəri paylaşan "Hraparak" deputatın təklifinin xalqın ürəyindən xəbər verdiyini vurğulayıb. Məqalənin adını isə "Dövlət büdcəsinin kapital xərcləri.Teatr və həqiqət" adlandırıb.

Nəsib Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR