22.02.2025, 19:18
AZ EN
02.02.2024, 14:00 389

Silsilə həbslər başlayıb

XƏBƏRLƏR
  • Erməni mətbuatına istinadən sırağagün yazmışdıq ki, Paşinyanın məxfi göstərişinə əsasən dövlət müəssisələrində qəfil reydlər keçirilir və həbs olunanlar arasında iqtisadiyyat nazirinin müavini və daha 2 qadın məmur da var. Bu gün isə "Hraparak" bir neçə məqalədə sözügedən olayla bağlı fikirlərdən də bəhs edib.

Qeyd olunur ki, "Miss Avropa -2005" gözəllik müsabiqəsinin qalibi, aktrisa Lusine Tovmasyan özünün İnstiqram səhifəsində 71 yaşlı  qayınatasının uzun illər xeyriyyəçilik məşğul olmasına baxmayaraq sərbəst fikirlərinə görə həbs edildiyini bildirib. O, deyib ki, əsassız olaraq həbs edilənlər məhz hakimiyyətin apardığı siyasəti tənqid edənlərdir.

Azyaşlı nəvələrinin babalarının yolunu gözyaşı içində gözlədiyini də deyən aktrisa əlavə edib ki, hakimiyyətin silsilə həbslər vasitəsi ilə əhalidə vahimə yaratmasını beynəlxaq qurumlar da görür, amma tədbir ələ alınmır.

N.Qaramanlı

Oxşar xəbərlər