12.03.2025, 22:53
AZ EN
12.03.2025, 17:41 15

Hindistan Ermənistana yeni silahlar göndərəcək

XƏBƏRLƏR
  • Ermənistan sülhə razı olduğunu göstərməyə çalışsa da, Azərbaycanla yeni müharibəyə hazırlaşır.

"Vətən səsi" xəbər verir ki, Paşinyanın komandası şərti dövlət sərhədində bir neçə istiqamətdən hücuma hazırlaşdıqlarını artıq gizlətmir. Belə ki, hökumətin dünən keçirilən iclasında aprelin 1-dən iyunun 13-nə qədər ehtiyatda olanların toplanışa cəlb ediləcəyi açıqlanıb.

Rəsmi İrəvan paralel olaraq xarici tərəfdaşlarından yeni növ hücum silahlarının alışını da intensivləşdirib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, ölkəsi Hindistan istehsalı olan silahlarla ciddi şəkildə maraqlanır. Bununla belə, o, erməni xislətinə uyğun olaraq növbəti dəfə yalan danışıb və deyib ki, İrəvanın silahlardan üçüncü tərəfə qarşı istifadə etmək niyyəti yoxdur: "Aydındır ki, müdafiə Hindistanla çox sıx əməkdaşlıq etdiyimiz sahələrdən biridir. Güman edirəm ki, bu əməkdaşlıq daha da dərinləşəcək. Amma qeyd etmək istədiyim odur ki, bu əməkdaşlıq, xüsusən də Ermənistanın Hindistan istehsalı olan müəyyən avadanlıq alması üçüncü tərəfə qarşı istifadə üçün nəzərdə tutulmayıb. Hamı bilir ki, Ermənistanın sülh proqramı var. Biz şərq qonşumuzla sülh danışıqları aparırıq, eyni zamanda, ümumiyyətlə, biz sülhün və sabitliyin yaradılmasına, qonşularımızla münasibətlərin normallaşmasına çox diqqət yetirmişik. Beləliklə, biz müdafiə sektorumuzda, ordumuzda islahatların aparılması və modernləşdirilməsi prosesinin ortasındayıq və burada Hindistanın bəzi konkret sahələr üzrə təcrübəsi, o cümlədən Hindistanda istehsal olunan avadanlıqlar bizim üçün maraqlıdır. Amma bir daha qeyd edim ki, bu, Ermənistanın müdafiə sistemində islahatların aparılması üçündür və bu sistemlərdən heç bir üçüncü tərəfə qarşı istifadə etmək niyyəti yoxdur".

Qeyd edək ki, Ermənistan və Hindistan son illər müdafiə sektorunda əməkdaşlığı xeyli dərinləşdirib. Hindistan Ermənistanın əsas hərbi texnika tədarükçüsünə çevrilib, Ermənistan "Pinaka" reaktiv yaylım atəşi sistemlərini alıb və sırf Hindistan istehsalı olan müdafiə avadanlığının ilk beynəlxalq alıcısı olub.

Xatırladaq ki, Ararat Mirzoyan iki gün əvvəl Hindistanda "işgüzar" səfərdə olub.  Səfər çərçivəsində Hindistan istehsalı olan silahların növbəti tranşının Ermənistana göndərilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Elxan SALAHOV

Oxşar xəbərlər