22.11.2024, 18:18
AZ EN
26.08.2024, 16:20 273

Ermənistan intihara doğru gedir

XƏBƏRLƏR
  • "Hayoç aşxarhazor" ("Dünya hay ordusu") hərbi-siyasi birliyinin rəhbəri Albert Bazeyan avqustun 25-də bütün ictimai, siyasi qurumlara müraciət edərək Ermənistanın 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatdan imtina etməsinə nail olunmasına çağırıb.

O, xəstə təxəyyülləri ilə bunun səbəbini də "izah edib". Sərsəmləyib ki, haylar Qarabağdan Ermənistana köçsələr də guya "arsax məsələsi" həll edilməmiş qalır. Onun bu xəstə fikirlərini dəstəkləyən "politoloq" Stepan Hasan-Calalyan isə sırf erməni həyasızlığı ilə özü əlavə uydurmalar yaratmaqla bildirib ki, Ermənistan siyasi manevrlərdən əl çəkərək   sözügedən bəyanatdan rəsmən imtina etməlidir.

Paşinyanı həm də Qarabağdan köçən haylara qarşı mənfi münasibət göstərməkdə qınayan və tənqid edən bu revanşçının fikrincə, əgər Ermənistan bəyanatdan imtina edərsə, bölgədə yeni siyasi reallıq yaranacaq və guya haylar dostlarının dəstəyi ilə istəyinə nail olacaqdır. Ümumiyyətlə isə aysberqin digər tərəfində Ermənistanın intihar reallığı var.

Nəsib Qaramanlı

Oxşar xəbərlər