"Ölkə.az" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibəsində deyib.
Qriqoryan yenə də üçtərəfli sazişlər və yol boyu sərbəst hərəkəti təmin etmək üçün "sülhməramlı"ların vəzifələri mövzusunda danışıb. Armen unudur ki, üçtərəfli bəyanata görə, Azərbaycan Laçın-Xankəndi yolu ilə hərəkət edən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürür. Bu öhdəlik Laçın yolundan sui-istifadə hallarının qarşısının alınmasını da əhatə edir.
Qriqoryana görə, Ermənistan hələ də gözləyir ki, “sülhməramlı"lar öz missiyasını tam şəkildə yerinə yetirəcəklər və Qarabağda yaşayan insanlar bir daha humanitar (heç vaxt üzləşmədikləri-red.) böhranla üzləşməyəcəklər”.
Hazırladı: Tahirə AĞAMİRZƏ