Bildirilir ki, hakimiyyət Türkiyənin ərazisində olan Ağrı dağının şəklinin gerbdən və digər dövlət rəmzlərindən çıxarmağa cəhd etməklə bacarıqsızlığını və yadların diqtəsi ilə işlədiyini bir daha sübut edir, öz qeyri-milli siyasətini demokratik islahatlar pərdəsi altında gizlətməyə çalışır. Hökumətə qarşı aparılan təbliğat maşınının sükanı arxasında isə "Qarabağ klanı"nın durduğu xüsusi ifadələrlə vurğulanır. Müxalif mövqeli "Hraparak" agentliyi də Konstitusiyanın dəyişdirilməsini istəmədiyini diqqətə çatdıraraq erməniləri bu mövqeyi dəstəkləməyə çağırıb.
44 günlük müharibədəki biabırçı məğlubiyyətdən sonra özünün "sasna crer" adını dəyişərək “milli demokratik Qütb” edən radikal təşkilatın rəhbərlərindən olan, əli azərbaycanlıların günahsız qanına batmış Jirayr Səfilyan isə jurnalistə açıqlamasında bildirib ki, əgər hakimiyyət Konstitusiyadan bəzi maddələri, xüsusilə Türkiyəyə ərazi iddiasını çıxarmağa nail olarsa, ölkədə vətəndaş müharibəsi qaçılmaz olacaq.
Nə deyirik, təki elə olsun.!
N.Qaramanlı