"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın revanşist müxalif hərəkatının, arxiyeskop Baqrat Qalstanyan bildirib. O, yerli jurnalistlərin hər hansı müxalifət qüvvəsinin ona müdaxilə edib-etmədiyi barədə sualına cavabında Ermənistanın sabiq prezidentləri Robert Köçəryanı və Serj Sərkisyanı nəzərdə tutaraq onlara mesaj göndərib: “Məni heç kim dayandıra bilməz. Kim müdaxilə etməlidir? Bütün xidmətim ərzində heç kim mənə yol göstərmədi və bacarmadı. Bu adamın hakimiyyətdə olması elə də baş vermədi. Yəqin ki, onların həyata keçirməyə çalışdıqları maraqları, kiçik və böyük planları var. Bizi tələyə salmaq istəyirlər”.
Paşinyan hökumətinə müxalif mövqeyi ilə seçilən “Vətən Uğrunda” hərəkata rəhbərlik edən Baqrat Qalstanyan onu da bildirib ki, Ermənistanın maraqlarını qoruya bilməyən iqtidara qarşı mübarizədə ona dəstək verəcəyini bəyan edən müxalifət liderləri sözünün arxasında durmayıb. O, məzh buna görə mitinqlərin heç bir nəticə vermədiyinə söyləyib.
Elxan SALAHOV